SON XƏBƏR

Rusiya Böyük Britaniyadakı beynəlxalq sərgiyə buraxılmadı

Noyabr 21
17:19 2017
Britaniyada keçirilən "Farnboro" aviasiya sərgisinin təşkilatçıları 2018-ci ilin sərgisində Rusiya məhsullarını nümayiş etdirməyə qadağa qoyublar.

Axar.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Anatoli Pinçuk deyib. O, Rusiyanın imkanlarını və təcrübə mübadiləsini nümayiş etdirmək üçün bu platformadan istifadə edə bilməyəcəklərinə təəssüf edib.

Qeyd edək ki, "Farnboro” dünyanın ən böyük aviasiya sərgisindən biridir. Salonun təşkilatçıları Britaniya Aerokosmik Şirkətləri İcmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook