SON XƏBƏR

Saakaşvili indi də Odessa meri olmaq istəyir

Dekabr 14
15:51 2017
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Odessa meri olmaq istəyir.
 
Avropa.info xəbər verir ki, o, bu barədə Ukraynanı "24-cü kanal”ında deyib:
 
"Mən Odessaya getmək və mer olmaq istəyirəm. Zarafat etmirəm, real olaraq deyirəm. Odessanıinkişaf etdirməyi çox istəyirəm. Lakin Odessanı bütün qaydaları dəyişdirərək, inkişaf etdirmək olar”.
 
Bununla yanaşı o, əvvəlcə "yaxşı baş nazir” olmaq istədiyini, vəzifəsini baş vurduqdan sonra mer kimi fəaliyyət göstərmək istədiyini deyib. Saakaşvili dövlət aparatında islahat keçirmək üçün işçi heyətin 2/3-nin ixtisara getməsini bildirib.
 
O, bir daha prezident ambisiyalarının olmadığını bəyan edib:
 
"Mən mənşəyim etibarilə prezident ola bilmərəm. Ukrayna siyasətində uzun müddət olmaq istəmirəm, çünki yenə əlimi bu tora salmaq istəmirəm. Yaxşıya doğru irəliləmək lazımdır. Bundan sonra da sadə Ukrayna vətəndaşı kimi qalmaq” – Saakaşvili belə deyib.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook