Sakinlərin illərdir şikayətçi olduğu "Vesta Construction” MMC-dən açıqlama
İyun 22
13:21
2022
Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinlərinin şikayətinə "Vesta Construction” MMC münasibət bildirib.
Qlobal.az VESTA Construction” MMC-nin direktoru Zeynal Zeynalov göndərdiyi məktubu təqdim edir:
"Bildiririk ki,müraciətimiz əsasında Nizami Rayon İcra Hakimiyyeti başçısının 10 mart 2016-ci il tarixli, 29№-li sərəncamı ilə pilot layihə çərçivəsində Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud,istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "Vesta Construction” MMC-nin istifadəsinə verilmişdir.
"Vesta Construction” MMC tərəfindən təqdim olunmuş Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllənin ərazi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17.05.2016-cı il tarixli, 02/05-715 №-li məktubu ilə razılaşdırılmışdır və həmin sənədə uyğun eskiz və işçi layihəsi hazırlanaraq müvafiq qaydada təsdiq edilmişdir. Sözügedən layihəyə əsasən ərazidə "A”,"B”,"C”,"D” və "E” bloklar;ndan ibarət yaşayış kompleksinin inşası hazırda mərhələli şəkildə həyata keçirilir.”B” və "C” blokları istismara verilmişdir.”A”blokunda tamamlama işləri aparılır. "D” blokunda tikinti quraşdırma işləri yekunlaşıb.
Tikinti gedən ərazidə quraşdırılmış qaldırıcı kran öz funksiyasını tamamladığından yaxın günlərdə demontaj olunacaqdır Məqalənizdəki faktlarla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları olə sakinlərin bizimlə birgə yerində görüşü keçirilmiş və qaldırılan məsələlər araşdırılmışdır.
Araşdırma nəticəsində aşkarlanan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrasına tərəfimizdən başlanilmışdır.
Vətəndaşların narahatlığına səbəb olan çatışmazlıqlar qısa zaman ərzində öz həllini tapacaqdır".
Qeyd edək ki, sözügedən ünvanın sakinləri 2019-cu ildə təhvil verilməli olan binanın tikintisinin gecikməsindən şikayətçi idilər: "Biz artıq binada yaşayırıq, həyətimiz təhvil verilməliyib. Kran həyəti tutub, işləmir, sökülmür. Bina sakinləri həyətin olmadığını, əksinə, təhlükəli olduğunu qeyd ediblər. Burada hər an dəhşətli faciə baş verə bilər.
Nizami Rayon İcra Hakimiyyəti isə məsələyə biganə qalır. Baxmayaraq ki, bu pilot layihədir, məsuliyyət ən yüksək səviyyədə olmalıdır, nəticə yoxdur. Fotolardan da göründüyü kimi bloklar bərbad vəziyyətdədir. Tavanlar çatlayıb, divarlar uçur, hər an insanların üzərinə aşa bilər. Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsək də nəticəsi olmayıb, elə şirkət təmsilçiləri də icra başçısına arxalandıqlarını deyirlər.”

Qlobal.Az