SON XƏBƏR

Saleh Məmmədov narazı həndbolçularla bağlı məsələyə münasibət bildirib

Fevral 03
11:27 2022
"Həndbolla məşğul olanlar bilməlidir ki, Azərbaycanda ilk dəfə həndbol komandası 1955-ci ildə yaradılıb".

"Report"un məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov deyib.

O bildirib ki, həmin vaxt ölkədə qadınlar bu növlə məşğul olmayıb: "Azərbaycanda görkəmli kişi həndbolçular olub. Onlar həmişə uğurlar qazanıb. Bu gün ölkədə 6 kişi, 4 qadın komandası var".

S.Məmmədov kişi həndbolçulardan bir neçəsinin narazılığı və onların cəzalandırılmaları barədə qərarı şərh edib: "6 idmançı təcrid edilib. Onlar peşəkar yox, həvəskarlardır. İdmanda yaş həddi də var. Yaş həddi uyğun gəlmədiyi üçün Şura üzvləri tərəfindən xaric ediliblər. Gələcəkdə onlarla başqa cür əməkdaşlığa hazırıq. Yenilikçiləri qəbul etməyə hazırıq. Onlar şəxsən mənə müraciət etməyiblər".




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook