Saltaqda yeni sosial obyektlər istifadəyə verilmişdir
Mart 29
09:24
2016
Naxçıvan Muxtar Respublikasında aparılan kompleks quruculuq işləri, kəndlərdə yeni sosial obyektlərin yaradılması insanların məskunlaşması və rahat yaşayışı üçün geniş imkanlar açır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin informasiya texnologiyaları əsasında qurulması diqqət mərkəzində saxlanılır. Məktəbin kompüter otaqlarında 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli sinifdə isə müasir multimedia sistemi qurulmuş və məktəb distant təhsil şəbəkəsinə qoşulmuşdur. Baxış zamanı "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə muxtar respublikanın 212 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilmişdir.
Müəllim Mahir Əsgərov kollektiv adından minnətdarlıq edərək demişdir: Gündən-günə inkişaf edən doğma Naxçıvanın hər guşəsində quruculuq töhfələrinin izləri vardır. Bu töhfədən Saltaq kəndinə də pay düşmüşdür. İllərlə arzusunda olduğumuz yeni məktəb binası hər birimizi daha böyük həvəslə işləməyə ruhlandırır. Bu gündən etibarən müasir təhsil ocağında fəaliyyət göstərəcəyik. Bu imkanlardan layiqincə istifadə edəcək, kənddə təhsilin səviyyəsini daha da artıracaq, dövlətimizə, xalqımıza layiq vətənpərvər gənclər yetişdirəcəyik.
Muxtar respublikada tibbi xidmətin təşkilinə və əhalinin sağlamlığının etibarlı qorunmasına xüsusi diqqət yetirilir. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin istifadəyə verilməsi bu məqsədə xidmət edir. Martın 28-də Saltaq kənd həkim ambulatoriyasının açılışı olmuşdur.
Məlumat verilmişdir ki, bu dəyirman Culfa rayonunda yeni yaradılan üçüncü su dəyirmanıdır. Rayonun Kırna və Camaldın kəndlərindəki su dəyirmanları yenidən qurularaq istifadəyə verilmişdir. Sahəsi 77 kvadratmetr olan Saltaq su dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Ötən ildən başlayaraq dəyirmanda əsaslı bərpa və yenidənqurma işləri aparılmış, Əlincəçaydan qidalanan 2800 metrlik dəyirman arxı yenidən qurulmuşdur. Su dəyirmanı Saltaq kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcəkdir.
Dünən Culfa rayonunun Saltaq kəndi də yeni inkişaf dövrünü yaşayır. Haçadağın ətəyində və Əlincəçayın sahilində yerləşən bu kənddə geniş quruculuq işləri aparılmışdır. Artıq Saltaq kəndi ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əks etdirən müasir yaşayış məntəqəsinə çevrilmişdir.
Saltaq kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcəkHər il muxtar respublikada onlarla yeni məktəb binası tikilir, müasir tədris şəraiti yaradılır. Martın 28-də Saltaq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək demişdir ki, muxtar respublikanın digər rayonları kimi, Culfa rayonu da günü-gündən inkişaf edərək yeniləşir. Hər il kəndlərdə kompleks quruculuq işləri aparılır. Yeni sosial obyektlər tikilir. Bu gün Saltaq kəndində istifadəyə verilən məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və körpü bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Şükür Babayev aparılan quruculuq tədbirlərinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Təhsil hər bir ölkənin gələcəyini təmin edən sahədir. Buna görə də ölkəmizdə təhsilin inkişafına qayğı göstərilir, yeni məktəb binaları tikilərək istifadəyə verilir. Bu gün Saltaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də təhsilə göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin "Təhsil Azərbaycanın gələcəyini təmin edən sahədir”, – fikrini xatırladaraq demişdir: Ulu öndərin tövsiyələri əsas götürülərək ölkəmizdə elm və təhsilin inkişafına, yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin gələcəyi üçün təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Təhsilli, vətənpərvər gənclər isə müasir tədrisin tələblərinə cavab verən, vətənpərvər müəllimləri olan məktəblərdə hazırlanır. Saltaq kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbin vətənpərvər müəllim kollektivi vardır. Məktəbdə tədris müəllim tələbkarlığı və şagird çalışqanlığı əsasında qurulub. Ötən tədris ilində məktəbin məzunlarından 7-si ali məktəblərə, 3-ü orta ixtisas məktəbinə, 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri demişdir ki, ölkəmizin gələcəyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, dövlətimiz tərəfindən istər şəhər və rayon mərkəzlərində, istərsə də ucqar dağ kəndlərində müasir tədris şəraiti yaradılır. Bu gün Saltaq kəndində müasir tələblərə cavab verən təhsil kompleksi müəllim və şagirdlərin istifadəsinə verilir. Yaradılan bu şərait məktəb kollektivinin qarşısına mühüm vəzifələr qoyur. Müəllimlər məktəbdə qurulan müasir tədris avadanlıqlarından məqsədyönlü istifadə edərək şagirdlərə dərsləri qavramaqla öyrətməli, gənclərin peşə seçiminə köməklik göstərməlidirlər. Şagirdlər isə yaradılan şəraitdən yararlanaraq yaxşı təhsil almalı, peşə öyrənməli, özlərini gələcəyə hazırlamalı, həm ölkəsi və ailəsi, həm də cəmiyyət üçün yararlı vətəndaş kimi yetişməlidirlər.
Ali Məclisin Sədri bu sahədə kollektivə uğurlar arzulamış, Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 26 şagirdə kompüter hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 306 yerlik məktəb binası 4 mərtəbəlidir. Binada 4-ü elektron lövhəli olmaqla, 17 sinif otağı, 2 kompüter otağı, kimya-biologiya və fizika laboratoriyaları, müəllimlər otağı, şahmat sinfi, hərbi kabinə, fondunda 6 mindən artıq ədəbiyyat və dərslik olan kitabxana, bufet və idman zalı vardır.
Kitabxanaya baxış zamanı Ali Məclisin Sədri şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və onların kitabxanalara cəlb edilməsinin əhəmiyyətini qeyd etmiş, bu sahədə müvafiq tədbirlərin görülməsini tapşırmışdır.Muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin informasiya texnologiyaları əsasında qurulması diqqət mərkəzində saxlanılır. Məktəbin kompüter otaqlarında 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli sinifdə isə müasir multimedia sistemi qurulmuş və məktəb distant təhsil şəbəkəsinə qoşulmuşdur. Baxış zamanı "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə muxtar respublikanın 212 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilmişdir.
Ali Məclisin Sədri birinci sinifdə dərs prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, məktəbin birinci siniflərində 26 şagird təhsil alır. Müəllimlər yeni təlim metodlarından istifadə edir, məktəb-valideyn münasibətinə xüsusi diqqət yetirilir.
Humanitar və dəqiq elmlərin tədrisi ilə yanaşı, şagirdlərin hərbi biliklərinin artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam böyüməsi üçün də məktəbdə lazımi şərait yaradılmış, yeni hərbi kabinə və geniş idman zalı istifadəyə verilmişdir.
Məktəbin hərbi rəhbəri Adil Cabbarov demişdir ki, şagirdlər çağırışaqədərki hərbi hazırlıq fənninə böyük maraq göstərir, ölkəmizdə, eləcə də muxtar respublikada keçirilən hərbi idman oyunlarında fəal iştirak edirlər. Son illər məktəbin 32 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə və ali hərbi məktəblərə qəbul olunmuşdur. Gənclərin hərb sənətinə marağının artırılması və vətənpərvər böyüdülməsi sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir.
Ali Məclisin Sədri çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisini düzgün təşkil etdiyinə görə məktəbin hərbi rəhbərinə təşəkkür etmişdir.
Şahmat uşaqların zehni inkişafına müsbət təsir göstərən və məntiqi təfəkkürünü formalaşdıran idman növlərindəndir. Son illər muxtar respublikada şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmatın tədrisinə xüsusi diqqət yetirilir. Saltaq kənd tam orta məktəbində də şahmat sinfi yaradılmışdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, ölkəmizin gələcəyi gənclərin bugünkü hazırlığından asılıdır. Onların gələcək fəaliyyəti hər bir müəllimə baş ucalığı gətirəcəkdir. Saltaq kənd tam orta məktəbində kompüter və elektron lövhəli siniflər, müasir kitabxana və laboratoriyalar istifadəyə verilmiş, tədris bazası gücləndirilmişdir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir.Müəllim Mahir Əsgərov kollektiv adından minnətdarlıq edərək demişdir: Gündən-günə inkişaf edən doğma Naxçıvanın hər guşəsində quruculuq töhfələrinin izləri vardır. Bu töhfədən Saltaq kəndinə də pay düşmüşdür. İllərlə arzusunda olduğumuz yeni məktəb binası hər birimizi daha böyük həvəslə işləməyə ruhlandırır. Bu gündən etibarən müasir təhsil ocağında fəaliyyət göstərəcəyik. Bu imkanlardan layiqincə istifadə edəcək, kənddə təhsilin səviyyəsini daha da artıracaq, dövlətimizə, xalqımıza layiq vətənpərvər gənclər yetişdirəcəyik.
Məktəbin həyətində də geniş abadlıq işləri görülmüş, açıq idman qurğuları quraşdırılmışdır.
Yeni kənd mərkəzi istifadəyə verilmişdir
Martın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Saltaq Kənd Mərkəzinin də açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 70 yerlik iclas zalı yerləşir.
Yeni Azərbaycan Partiyası Saltaq kənd ərazi ilk təşkilatının sədri Gülnar Məmmədova minnətdarlıq edərək demişdir ki, bu gün muxtar respublikanın hər bir bölgəsi abadlaşır. Fəxr edirik ki, Saltaq da müasir kəndlərin sırasına qoşulmuşdur. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Hazırda Yeni Azərbaycan Partiyası Saltaq kənd ərazi ilk təşkilatının 182 üzvü vardır. Onlardan 94-ü qadın, 71-i isə gənclərdir. Partiya üzvləri ulu öndərimizin ideyalarının uğurla həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacaq, qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirəcəklər.
Kənd mərkəzində baytarlıq məntəqəsi üçün müvafiq dərman preparatları və lazımi avadanlıqlarla təchiz olunmuş iş otağı ayrılmışdır. Binada kənd kitabxanası da oxucuların istifadəsinə verilmişdir. Kitabxanada 15 mindən çox kitab vardır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir Ağayev məlumat vermişdir ki, Saltaq kəndində fərdi təsərrüfatların inkişafı üçün hərtərəfli şərait vardır. Sakinlər əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olurlar. Hər il bol məhsul istehsal edilir. Hazırda kənddə 3 ferma vardır. Fərdi təsərrüfatlarda 5 min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanılır. Bütün bunlar da insanların rifahının yaxşılaşmasına, məskunlaşmanın ilbəil artmasına səbəb olmuşdur. Təkcə ötən il Saltaq kəndində 10 yeni ev tikilmişdir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, tikilənlərin qorunması və kənddə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.
Rabitə evində 384 nömrəlik elektron Avtomat Telefon Stansiyası quraşdırılmış, poçt şöbəsi fəaliyyətə başlamışdır. Həmçinin kəndə 1200 metr fiberoptik xətt çəkilmiş, abunəçilərin genişzolaqlı internet və digər elektron xidmətlərdən istifadəsi təmin edilmişdir.Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Saltaq kəndində yeni həkim ambulatoriyası fəaliyyətə başlamışdır
Muxtar respublikada tibbi xidmətin təşkilinə və əhalinin sağlamlığının etibarlı qorunmasına xüsusi diqqət yetirilir. Yaşayış məntəqələrində, xüsusilə kəndlərdə həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin istifadəyə verilməsi bu məqsədə xidmət edir. Martın 28-də Saltaq kənd həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Binada baş həkim, stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, qeydiyyat, tibb bacısı, mama, manipulyasiya və sanitar otaqları yerləşir. Ambulatoriyanın yeni tibbi avadanlıqlarla və dərman vasitələri ilə təmin olunması səhiyyə xidmətinin keyfiyyətini yüksəltmişdir. Kənddə peyvənd işi vaxtlı-vaxtında aparılır, gigiyenik qaydalara əməl olunur, səhiyyə maarifi diqqət mərkəzində saxlanılır. Bildirilmişdir ki, ambulatoriyanın həkim və tibb işçiləri yaradılan şəraitdən istifadə edərək sakinlərin sağlamlığını bundan sonra da etibarlı qoruyacaqlar.
Saltaqda yeni xidmət mərkəzi istifadəyə verilmişdir
Bu gün muxtar respublikanın kəndlərində istifadəyə verilən yeni xidmət mərkəzləri insanların gündəlik müraciət etdikləri ünvanlardan birinə çevrilmişdir. Yeni iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edən bu mərkəzlərdə sakinlərə müxtəlif məişət xidmətləri göstərilir.
Martın 28-də Saltaq kəndində xidmət mərkəzinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzində yerli məhsulların satışına daha çox üstünlük verilməsini tapşırmışdır.
Saltaq kəndindəki su dəyirmanı yenidən qurulmuşdur
Xalqımızın məişət mədəniyyətinin ayrılmaz parçası olan su dəyirmanlarından tarixən Naxçıvanda geniş istifadə olunmuşdur. Son illər muxtar respublikada tarixi abidələrin, qədim tikililərin bərpası istiqamətində görülən işlər ruzi-bərəkət rəmzi olan su dəyirmanlarını da əhatə etmişdir. Bu işlərin davamı olaraq Saltaq kəndindəki su dəyirmanı da yenidən qurulmuşdur. Martın 28-də burada su dəyirmanı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.Məlumat verilmişdir ki, bu dəyirman Culfa rayonunda yeni yaradılan üçüncü su dəyirmanıdır. Rayonun Kırna və Camaldın kəndlərindəki su dəyirmanları yenidən qurularaq istifadəyə verilmişdir. Sahəsi 77 kvadratmetr olan Saltaq su dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Ötən ildən başlayaraq dəyirmanda əsaslı bərpa və yenidənqurma işləri aparılmış, Əlincəçaydan qidalanan 2800 metrlik dəyirman arxı yenidən qurulmuşdur. Su dəyirmanı Saltaq kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcəkdir.
Dəyirmançı Həsən Qənbərov minnətdarlıq edərək demişdir: Saltaq kəndindəki qədim su dəyirmanı uzun illər yararsız vəziyyətdə qalmışdı. Bu gün dəyirmanın bərpa olunaraq yenidən istifadəyə verilməsi sakinlərin və ailəmizin böyük sevincinə səbəb olmuşdur. Çünki su dəyirmanı sakinləri keyfiyyətli unla təmin etməklə yanaşı, həm də yeni iş yeridir.
Ali Məclisin Sədri su dəyirmanlarının tarixi-mədəni irsimizin bir parçası kimi qorunub saxlanılmasının vacibliyini bildirmişdir.
Saltaq kəndində avtomobil yolu və körpü istifadəyə verilmişdir Çəkilən hər bir yol, tikilən hər bir körpü iqtisadi inkişafın göstəricisidir. Son illər muxtar respublikanın ən ucqar dağ kəndlərində müasir standartlara uyğun yollar salınmış, körpülər inşa olunmuşdur. Bu işlərin davamı olaraq Saltaq kəndinin yolları da yenidən qurulmuş, Əlincə çayı üzərində yeni körpü tikilmişdir. Martın 28-də Saltaq kənd avtomobil yolunun və körpünün açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik edərək demişdir: Saltaq kəndində kompleks quruculuq işləri görülmüş, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri tikilmiş, yollar yenidən qurulmuş, yeni körpü salınmış, su dəyirmanı bərpa edilmişdir. Muxtar respublikanın abad yaşayış məntəqələrindən birinə çevrilən Saltaq müasir Azərbaycan kəndinin nümunəsidir. Yaradılan şərait kənddə məskunlaşmanı artırmışdır. Bu gün istifadəyə verilən xidmət mərkəzi və fəaliyyəti bərpa olunan qədim su dəyirmanı isə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Əlincəçayın üzərində yeni körpünün istifadəyə verilməsi gediş-gəlişi asanlaşdırmışdır. Görülən bu işlər insanların rahat yaşayışına xidmət edir. Ona görə də kənd sakinləri qurulanları qorumalı, torpaqlardan səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməlidir.
Sakin Həsən Ənnağıyev minnətdarlıq edərək demişdir: Saltaq kəndində geniş quruculuq-abadlıq işləri həyata keçirilmişdir. Kənddaxili yollara asfalt salınmış, əhali dayanıqlı elektrik enerjisi, rabitə, təbii qaz və içməli su ilə təmin edilmiş, müasir sosial obyektlər tikilib istifadəyə verilmişdir. Bütün bunlar, eləcə də Əlincəçay üzərində yeni körpünün istifadəyə verilməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Bu tədbirlər ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyasının tərkib hissəsidir. Bütün bunlar onu göstərir ki, ölkəmizin bu günü və gələcəyi etibarlı əllərdədir.
Baxış zamanı bildirilmişdir ki, körpünün uzunluğu 16, eni isə 5,5 metrdir. Çay yatağında beton bəndlər inşa olunmuş, körpünün sel və daşqınlardan qorunması təmin edilmiş, dayaqlar möhkəmləndirilərək yükgötürmə qabiliyyəti 30 tona çatdırılmışdır. Hərəkətin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülmüş, müvafiq yol-hərəkət nişanları qoyulmuşdur.Kənddaxili yollar da yenidən qurulmuş, 3,3 kilometrlik giriş və köməkçi avtomobil yollarına asfalt örtük, 3,2 kilometrlik yola çınqıl qatı verilmişdir. Yolun üzərində 65 su keçidi qoyulmuş, müvafiq yerlərdə 1450 metrlik beton kanal çəkilmişdir.
* * *
Saltaqda aparılan abadlıq-quruculuq tədbirləri bütün sahələri əhatə etmiş, kənddə 4 kilometr rabitə, 400 metr qaz xətti çəkilmiş, 3 kilometrdən artıq elektrik xətti yenilənmişdir. Əlincə çayında 230 metr yeni kaptaj tikilmiş, 682 metr içməli su xətti çəkilmiş, 6 yerdə supaylayıcı qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Qlobal.az