SON XƏBƏR

Samir Şərifovun 368 minlik "təmizlik işləri"

Aprel 20
15:41 2023
Maliyyə Nazirliyi təmizlik xidməti, tullantıların atılması, xalça və pərdələrin yuyulması üzrə satınalma müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Sanitariya Epidemioloji Xidmətlər” MMC olub. Nazirliklə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 368 918,3 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Sanitariya Epidemioloji Xidmətlər” MMC 22 may 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, ev 65-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənzadə Fuad Maqsud oğludur. 

Fuad Həsənzadə şirkətdə direktor vəzifəsini tutur. Onun adına ötən il AMEA-da "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən seminarda rast gəlinir. Seminarın təşkilatçısı "Sanitariya Epidemioloji Xidmətlər” MMC olub. 

Fuad Həsənzadənin rəhbərlik etdiyi şirkət bir çox dövlət qurumlarından sifariş alıb. 2021-ci ildən bu yana şirkətin müxtəlif dövlət qurumları ilə bağladığı satınalma müsabiqələrinin toplam dəyəri 1 001147, 32 AZN-dir.

Azərbaycanın maliyyə naziri Samir Şərifovdur. O, 2006-cı ildən bu vəzifədədir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook