SON XƏBƏR

Samir Suleymanov Dünya Bankının strateji direktoru təyin olunub

Mart 23
07:38 2016
Samir Suleymanov Dünya Bankının strateji başçısı təyin olunub. ANS PRESS-in məlumatına görə, ilk dəfədir ki, azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.
 
39 yaşlı Samir Suleymanov 1996-cı ildən Dünya Bankında çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb.
 
Daha əvvəl Suleymanov Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.
 
Evlidir, 3 övladı var.
 
Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı - ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.
 
Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook