Şəhriyar Məmmədyarov “Tata Steel Masters” superturnirinin ikinci turunda heç-heçə edib
Yanvar 17
02:29
2022
Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat superturnirinin ikinci turunun oyunları keçirilib.
"Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Andrey Yesipenko ilə mübarizə aparıb. Şahmatçılar 26-cı gedişdə heç-heçəyə razılaşıblar.
Bundan əvvəl Azərbaycan şahmatçısının birinci turda Rusiyanın diğər təmsilçisi Daniil Dubovla görüşü də heç-heçə başa çatıb.