Sənədsiz evlərə çıxarış əvəzinə cərimə tətbiqi - “Bu, ciddi sosial narazılıq yaradacaq, ziyanlı prosesdir”
Avqust 20
10:33
2022
Azərbaycanda, xüsusilə də Abşeron və Bakıda dövlət qeydiyyatına alınmayan evlərin sayı yüz minlərlədir. Bu evlərin 400 minə qədəri tikinti aparılması qadağan olunan ərazilərdə - dəmiryol, qaz, elektrik, kanalizasiya xətti və sair mühafizə zonasında inşa olunanlardır. Qalan evlər isə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Uzun illərdir belə evlərin sənədləşdirilməsi istiqamətində saysız-hesabsız qərarlar, qaydalar qəbul olunsa da, ciddi bir nəticənin əldə edildiyini söyləmək mümkün deyil.
2018-ci ildə ölkədə qanunsuz tikilən evlərin inventarlaşdırılması məqsədilə Dövlət Əmlak Xidmətinin nəzdində monitorinq qrupu yaradılıb. Monitorinq qrupu sənədləşməmiş evlərə baş çəkərək, ətraflı məlumatları toplayırdı. Lakin 2020-ci ildən başlayan koronavirus pandemiyası qrupun işində fasilələrin yaranmasına səbəb oldu.
Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatında yer alan məlumatda qeyd olunur ki, Abşeron və Qobustan rayonlarında üzərində evlər tikilən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası dəyişdiriləcək. Hesabatda nəzərə çatdırılır ki, Abşeron rayonunun bələdiyyələrinin hüdudları daxilində faktiki olaraq tikintilər altında olan 8125 hektar və Qobustan şəhəri üzrə 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud istifadə vəziyyəti nəzərə alınmaqla kateqoriyasının dəyişdirilməsi məqsədilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Qobustan Rayon İcra Hakimiyyətinə müvafiq məktublar ünvanlanıb. Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan tikililərlə əlaqədar adiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, tədbirlər plan tərtib edilib və çölölçmə işləri yerinə yetirilib. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri barədə məlumatlar toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb və aidiyyəti qurumlarda baxılır. Sənəddə bildirilib ki, Qobustan rayonu ərazisində üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır və yaxın vaxtlarda müəyyən olunmuş qaydada aidiyyəti üzrə müraciət ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən torpaqların təyinatını dəyişmək ehtiyacı hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən, torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər. Bu halda torpağın qanuni istifadəçisi olan fiziki və hüquqi şəxslər, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə Nazirlər Kabineti qarşısında vəsatət qaldırır.
Rəsmi qaydada müraciət daxil olduqdan sonra yuxarıda göstərilən tələblər əsasında torpağın təyinatının dəyişdirilməsi posesinə başlanıla bilər. Bütün hallarda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. Nazirliyin Əmlak Məsələləri Dövlət Xidməti vəsatət qaldırılan torpağın xəritəsini hazırlayır, daha sonra İqtisadiyyat Nazirliyi kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, müvafiq yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla razılaşdırılmış xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatlar göstərilməklə, Nazirlər Kabinetinin razılaşdırılmış sərəncam layihəsini və öz rəyini baxılmaq üçün 10 (on) iş günü müddətində Nazirlər Kabinetinə təqdim edir. Torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi prosesi daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının müvafiq məlumatlarında bu barədə zəruri dəyişikliklər edildikdən sonra tamamlanmış hesab olunur.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirlər Kabinetinin qərarı əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının məlumatlarında dəyişikliklər edilməsi 2 (iki) iş günü müddətində həyata keçirilir və bu barədə vəsatət qaldıran subyektə 3 (üç) iş günü müddətində rəsmi qaydada məlumat verilir.
Nazirlər Kabinetinin hesabatında əksini tapan məsələlərin həlli istiqamətində hansı addımların atıldığı məlum deyil. İki gün əvvəl yayılan məlumatdan aydın olur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərin sahiblərinin cərimələnməsinə başlanıb. APA-nın xəbərinə görə, bu evlərin sakinlərinə inzibati xəta haqqında işə baxılması barədə göndərilən bildirişlərdə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının müfəttişləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunub.
Qeyd edək ki, Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Bildirişlərdə həmin evlərin sahiblərinə Dövlət Xidmətinin müvafiq şöbələrində inzibati xətaya dair işə baxılacağı tarix bildirilir və işə baxılacağı ilə əlaqədar sübutların təqdim olunması da təklif edilir. O da nəzərə çatdırılır ki, bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən 150 manatdan 250 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Bildirişlər Dövlət Xidmətinin müvafiq ərazi şöbələrinin müdirləri tərəfindən imzalanıb
Qeyd edək ki, Bakıda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş minlərlə ev var. Bəs bu cərimələr hansı dövrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərə münasibətdə tətbiq olunur? İndiyə kimi belə cərimələrin sayı nə qədər olub?
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Dövlət Xidmətindən o da bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda (təyinatından kənar) fərdi yaşayış evlərinin inşa edilməsi ilə əlaqədar təqsirkar şəxslər barəsində 2015-ci ildən (müvafiq səlahiyyət keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi vaxtdan) hazırki dövrədək inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib.
Məlumdur ki, Bakı ətrafında və ölkənin digər bölgələrində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikilməsi prosesi təxminən 15-20 il öncəki dönəmdə həyata keçirilib. Bu torpaqları isə vətəndaşlara bələdiyyələr, icra strukturları müxtəlif sərəncamlarla verib. Təbii ki, evlər də icraların, bələdiyyələrin razılığı ilə tikilib. İndi yeganə çarə minlərlə evin tikildiyi kənd təsərrüfatı təyinatlı torpaqların təyinatını dəyişmək və çıxarış verməkdir, çünki orada praktiki olaraq nə əkin-biçin aparmaq mümkündür, nə də evləri kütləvi sökmək. Amma bunun əvəzinə ev sahiblərini cərimələyirlər. Hansı ki, burada sonuncu günahkar olan vətəndaşdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının "Yeni Müsavat”a dediyinə görə, Dövlət Xidmətinin kənd təsərrüfatı təyinatlı torpaqlarda indi aparılan tikintilərə görə vətəndaşları cərimələməsi normaldır: "Lakin 3-5, 10-20 il əvvəl aparılan tikintilərə görə vətəndaşları cərimələmək doğru yanaşma deyil. Üstəlik, ciddi sosial narazılığa gətirib çıxaracaq zərərli prosesdir. Çünki Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində əmlakla bağlı amnistiyayönümlü siyasət yürüdülür. Bu, təbii ki, həm sığorta, qiymətli kağızlar bazarının, bank sektorunun inkişafı kimi məqsədlərdən irəli gəlir. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Dövlət Əmlak Xidmətinə tapşırıqlar verilib, konsepsiya hazırlanıb. Bu baxımdan, xidmətin onları kənara qoyub vətəndaşları cərimələməsi absurddur”.
Ekspert bildirir ki, bütün ölkə ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikilməsi geniş yayılmış haldır: "Ümumiyyətlə, qanunsuz tikilmiş evlərin siyahılaşdırılması, onların mümkün qədər çox hissəsinin sənədləşdirilməsi vacibdir. Əmlak Xidməti müstəqil komitə olarkən bu istiqamətdə real işlər başlandı, on minlərlə ev sənədləşdirildi. Lakin komitə ləğv olunub xidmətə çevriləndən bu istiqamətdə işlər dayandırılıb”.