SON XƏBƏR

Şimali Koreyanın BMT-də səs hüququndan məhrum edilməsi təklif olunub

Noyabr 30
07:19 2017
Şimali Koreya BMT-də səs hüququndan məhrum edilməlidir.

APA-nın xəbərinə görə, bunu BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

O, həmçinin bütün dövlətləri rəsmi Pxenyanla əlaqələri kəsməyə çağırıb. "Biz heç vaxt Şimali Koreya ilə müharibə axtarmamışıq, indidə axtarmırıq. Lakin heç kim şübhə etməsin, bu baş versə Pxenyan rejimi tamamilə məhv ediləcək”, deyə N.Heyli bildirib.

ABŞ rəsmisi həmçinin bildirib ki, prezident Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığında rəsmi Pekini Şimali Koreyaya neft tədarük etməməyə çağırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook