SON XƏBƏR

"Sipark" şirkəti kütləvi narazılıq yaradır - ŞİKAYƏT

Yanvar 06
10:49 2021
Bir qrup şəxs Sipark şirkətindən şikayətçidir. 
 
Qlobal.az xəbər verir ki, bu barədə iqtisadçı alım Qubad İbadoğlu feysbuk səhifəsində yazıb. 
 
"Zavallı xalqımız oğru sahibkarlarla quldur məmurların sövdələşmələrindən təngə gəlib, çox yerə (Baş Prokurorluğa, Daxili işlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Adminstrasiyasına) müraciət etsələr də onların haraylarına çatan yoxdur. Əlacları kəsilib, mənə yazıblar. Mən də sizlərə güvənərək bu məlumatı post edirəm. Düşünürəm ki, bəlkə sizlərin köməyi ilə biz bu problemi birlikdə ictimailəşdirib, həllinə nail ola bildik. Gəlin, edə biləcəyimizi edək, sizli bizli bu müraciəti üzv olduğumuz şəbəkələrdə və qruplarda paylaşaq. Jurnalist dostlarımızdan xahiş edək ki, onlar da müraciəti mətbuatda dərc etsinlər. Bəlkə bununla halal evlərini itirib, pis vəziyyətə düşən vətəndaşlarımızın probleminə dəstək olduq. Köməyinizi əsirgəməyin!

Biz 2017-ci ilin oktyabr ayından yaşadığımız ərazidən (Nərimanov rayonu Firdovsi Məmmədov, Təbriz və Kazım Kazımzadə küçələrinin kəsişməsi) "Evrostroy-S.S MMC (Sipark)" şirkəti tərəfindən pilot layihə olaraq müqavilə əsasında 20 aylığına kirayələrə köçürüldük. Lakin şirkət 20 ay müddətin də tikintini özlərinə məlum olan səbəblərdən yekunlaşdıra bilmədilər və yeni müqavilə imzalatdırdılar. Bundan başqa kirayə pullarının verilməsində ciddi problemlər yaşayırıq. Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək Qonşularımızdan bir neçə nəfər bu problemlərin mənəvi və psixoloji sarsıntılarına tab gətirməyərək vəfat etdilər.Artıq oktyabr ayında 3 il tamam oldu ki, biz öz evlərimizə köçürülməmişik.

Dəfələrlə müvafiq qayda da Nərimanov Rayonu İcra Hakimiyyətinə etdiyimiz şikayətlər, müraciətlər və etirazlar cavabsız qalıb. Nərimanov Rayonu İcra Hakimiyyəti və şəxsən başçı Abidin Fərzəliyev bizim binamızın tikilib zamanın da təhvil verilməməsində bir başa məsuliyyət daşıyır.

Hörmətlə, sakinlər

1.Mircəfərova Həcər Seyidhüseyn qızı
2.Həsənova Nuriyyə Rəhim qızı
3.Şirinov Nüsrət Şirin oğlu
4.Şirinov Şirin Nüsrət oğlu
5.Şirinova Rəna Nüsrət qızı
6.Şirinova Qızılgül İsa qızı
7.Ağayeva Ruhəngiz Ələkbər qızı
8.Cəfərova Lamiyə Telman qızı
9.Həsənova Günay Bəyzadə qızı
10.Əliyeva İlhamə Eyvaz qızı
11.Yaqubova Xuraman Saday qızı
12.Quliyeva Nigar Fəxrəddin qızı
13.Şirinova Lalə Nüsrət qızı
14.Babayev Nurullah Süleyman oğlu
15.Babayeva Kəmalə Əli qızı
16.Babayev İlkin Nurullah oğlu
17.Babayev Elgün Nurullah oğlu
18.Zeylanova Pakizə Fehruz qızı
19.İsmayılova İradə Ömər qızı
20.Yaqubova Leyla Rafiq qızı
21.Yaqubov Çingiz Rafiq oğlu
22.Mustafayev Zaur Ələsgər oğlu
23.Zeynalov Zahid Zeynal oğlu
24.Quliyev Cəmaləddin Qasım oğlu
25.Manafov Elman Vəli oğlu
26.Cəhdinicat Sona Eyyub qızı
27.Manafov Rafael Elman oğlu
28.Yusifov Namiq Səlim oğlu
29.Yusifov Səlim Vəli oğlu
30.Yusifova Qəmər Əvəz qızı




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook