SOCAR-AQŞ “Qərbi Abşeron”da növbəti quyuda qazma işlərinə başlayıb
Mart 28
16:01
2016
SOCAR-AQŞ "Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 760 metr olan 20 nömrəli quyuda qazma işlərinə başlayıb.
SOCAR-AQŞ-dən AZƏRTAC-a bildirilib ki, 20 nömrəli quyunun qırmaki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan yaradan süzgəclər buraxmaqla tamamlanacaq. Quyunun azimutu 25 dərəcə, inhirafı isə 253 metr təşkil edir. 20 nömrəli quyunun sifarişçisi SOCAR-ın "Azneft” İstehsalat Birliyidir.
SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi planlaşdırır.
Qlobal.az