SOCAR-ın 6 milyard dollardan çox borcu var
Aprel 27
17:34
2016
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi borcu 6,3 mlrd. ABŞ dolları təşkil edir.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun üzvləri ilə bu gün keçirdiyi görüşdə bildirib.
"Bu borclar həssaslıqla idarə olunur. Bu il qaytarılan borclarımızın həcmi o qədər böyük deyil. Borclar AÇG-dən payın alınması, Bakı Gəmiqayırma Zavodunun tikintisi ilə bağlı Dövlət Neft Fondundan alınıb. Beynəlxaq Banka olan borc da var, onun da bir hissəsi şirkətin öz gəliri hesabına, digər hissəsi isə dövlət vəsaiti, 10 il müddətə qaytarılan borcdur”, – deyə vitse-prezident əlavə edib.
S.Qasımovun sözlərinə görə, SOCAR ötən il Türkiyədəki layihələr üçün Türkiyə şirkətlərinə olan 1 mlrd. dollardan çox borc qaytarıb. Şirkət rəsmisi xatırladıb ki, bu ilin əvvəlinə isə bondlarla bağlı 400 mln. dollar həcmində borc qaytarılıb: "Borclar daim idarə olunur və şirkətə heç bir problem yaratmır”(Report)
Qlobal.az