SON XƏBƏR

SOCAR "Petkim"in səhmlərinin satışına aydınlıq gətirdi

Mart 24
15:20 2016
SOCAR Türkiyə şirkəti "Petkim"də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.
 
Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
 
Bu bir ticari əməliyyat olmaqla bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.
 
Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış "Petkim"in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da "Petkim"i effektiv idarə etməkdə davam edəcəkdir.
 
Xarici investisiya fondu tərəfindən Petkim səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook