SON XƏBƏR

TANAP-a 2 milyard dollar kredit ayrılacaq

Aprel 25
13:32 2016
Xəzər hövzəsindən Türkiyə vasitəsilə Avropaya təbii qaz nəqlini təmin edəcək TANAP boru kəmərinin tikintisi üçün Dünya Bankı 1 mlrd. dollar, Avropa İnvestisiya Bankı (AİB) isə 1 mlrd. avro ayıracaq, bu barədə Türkiyənin "Hürriyet” qəzeti yazır.  Layihədə 58% SOCAR dövlət neft şirkətinə, 12% Türkiyənin BOTAŞ şirkətinə və 12% BP-yə məxsusdur.
 
Səhmdarlar layihəni öz pay iştiraklarına uyğun olaraq maliyyələşdirməlidirlər.
 
Türkiyənin BOTAŞ şirkətinin payı 3 mlrd. dollar təşkil edir. Bu vəsaitin mənimsənilməsi üçün Türkiyə şirkəti Dünya Bankından 1 mlrd. dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd. avro borc alıb.  TANAP-ın ümumi dəyəri 10 mlrd. dollar dəyərləndirilir. T
 
ANAP-ın 2018-ci ildə təhvil veriləcəyi gözlənilir.
 
TAP boru kəməri (Yunanıstan-Albaniya-İtaliya) tikildikdən sonra 2020-ci ildə qaz Avropaya nəql olunacaq. (contact.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook