"Tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq"
Noyabr 27
11:54
2019
"Təcili tədbirlər görülməzsə, güclü yağışlardan sonra belə dağıntılar yenə olacaq".
Qaynarinfo xəbər verir ki, bu sözləri İctimai TV-nin efirində ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, Bakıda uçqunların qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır:
"Mənzil fondunun hər kvadrat metrinə hər ay 1,39 AZN xərcləmək lazımdır ki, fondun özünün ömür müddətində effektiv istismar etmək mümkün olsun. Nə sovetlər dövründə, nə də müstəqillik dövründə biz bu pulları xərcləməmişik. Belə fəsadlar daha sürətlə olacaq. Mənzil fondunun böyük bir hissəsi çoxdan qocalıb, ömrünü başa vurub".
"Sovetlər dövründə yağış sularının dənizə axıdılması üçün tunellər istifadəyə verilmişdi. Bu gün yeraltı tunellər qalıb? Mən artıq buna şübhə edirəm. Birini hələ 1998-ci ildə uçurmuşdular".