SON XƏBƏR

Tekfen/Azfen alyansı: İşçilərin qaldırdığı məsələlər həllini tapıb

Noyabr 03
14:25 2015
"Hazırda işlər normal qrafiklə davam edir".
 
Bu barədə bir qrup işçinin qaldırdığı məsələlərlə bağlı Trend-in soğrusuna cavab olaraq Tekfen/Azfen alyansından bildiriblər.
 
Qeyd olunub ki, bir neçə gün əvvəl bir qrup işçinin qaldırdığı məsələlərə ciddi yanaşılıb, qaldırılan məsələlər və onların həlli istiqamətində görüləcək işlər kollektivdə geniş müzakirə edilib: "Bunlar, əsasən, işçilərin sahədə bəzi məişət məsələlərinin həlli ilə bağlıdır. Alyans öncədən də bu məsələlərin həlli istiqamətində mümkün olan tədbirləri həyata keçirməyi yaxın günlərdə planlaşdırırdı. Hazırda bu məsələlər müsbət həllini tapıb, işlər normal qrafiklə davam edir və indi sahədə toplam 5500 işçi çalışır".
 
Şirkətdən əlavə ediblər ki, birgə 20 illik fəaliyyət dövründə bu alyans neft və qaz sənayesi üzrə tikinti işlərinin aparıcı iştirakçılarından biri olub və bu sahədə bir sıra dünya miqyaslı layihələrə öz töhfəsini verib: "Alyansın əməyin təhlükəsizliyi, keyfiyyət, sosial və ümumi iş icrası göstəriciləri beynəlxalq standartlarla ölçülür və bundan sonra da alyans Azərbaycanın və regionun iri layihələrində öz iştirakını uğurla davam etdirmək əzmindədir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook