SON XƏBƏR

Təmirsiz mənzillərin alınmasına da ipoteka krediti veriləcək - VİDEO

Aprel 06
05:56 2017
Təmirsiz yaşayış sahələrinin alınmasına da ipoteka krediti veriləcək.

Xezerxeber.az məlumat verir ki, bu, dövlət başçısının imzaladığı fərmanda öz əksini tapıb. Ekspertlər düşünür ki, bu əsasən dövlətin həyata keçirdiyi mənzil siyasətinin reallaşdırılmasına dəstək olacaq. Bu, Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi binalara da tətbiq oluna bilər.

Dəyişikliklər güzəştli ipoteka alanlara daha az ilkin ödəniş imkanı verəcək. Ötən ilə qədər ilkin ödəniş ümumi məbləğin 15 faizi həcmində idisə, bundan sonra 10 faiz olacaq.

İndiyədək Azərbaycanda ipoteka krediti yalnız təmirli və sənədi olan evlərə verilib. Təmirsiz evlərə ipoteka krediti verilməsi alanlara öz zövqlərinə uyğun təmir fürsəti verəcək. Habelə təmirli evi alıb yenidən əl gəzdirməkdən də xilas edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook