SON XƏBƏR

The Times-dan iddia: Raqqadan sonra yüzlərlə İŞİD yaraqlısı Türkiyədən Avropaya keçir

Dekabr 05
12:16 2017
Suriya Demokratik Qüvvələri ilə aparılmış razılaşma çərçivəsində Raqqadan təxliyyə edilən özünü İŞİD adlandıran qruplaşma üzvləri fürsətdən istifadə edərək Türkiyə vasitəsilə Avropaya keçib. Bunu İngiltərənin The Times qəzeti iddia edib.

BBC ötən ay İŞİD ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında anlaşma çərçivəsində 250 yaraqlı və onların ailələri daxil 3 min 500 adamın Raqqadan çıxdığını yazmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, yaraqlılar həm özləri ilə silah götürmüş, həm də bəziləri Türkiyə sərhədlərinə qədər çatmışdı.

Kürdlərin yaratdığı Xalq Müdafiə Birliyinin (YPG) bir qolu olan SDG ABŞ-ın dəstəklədiyi koalisiya ilə birgə keçirdiyi əməliyyat zamanı oktyabrda Raqqanı İŞİD-dən geri almışdı.

The Times yazır ki, Raqqa əməliyyatı zamanı mülki şəxslərin ərazidən çıxmasına izn verilib, amma yüzlərlə İŞİD yaraqlısı da burdan qaçmağı bacarıb.

Qəzet vurğulayıb ki, Türkiyə sərhədlərini keçərkən sərhəd mühafizə xidməti əməkdaşları onlarla adam yaxalayıb.

Sərhədi keçmək istərkən yaxalananlardan biri 26 yaşlı Saddam əl-Hamadi The Times-a deyib ki, "təxliyyə zamanı yaranan hərəkətliliyi fürsət bilib Türkiyəyə keçmək" istəyib:

"Mənim kimi çox adam vardı. Bunların bəzisi döyüşçü, bəzisi də mülki şəxs idi. İstifadə etdiyimiz yolla sərhəddi keçmək çox asan idi. YPG tutduqlarını 10-15 gün saxlayır, sonra buraxırdı", o deyib.

Raqqadan çıxa bilənlərin Avropaya keçərək burda hücumlar təşkil edəcəyindən narahatlılıq yaranıb.

Saddam əl-Hamadi sərhəddən təxmnən 1.5 kilometrlik məsafədə yerləşən Al Rai-də Türkiyənin dəstək verdiyi müxalif qruplar tərəfindən tutulub, The Times yazır.

İŞİD bu bölgəni uzun illər boyunca döyüşçü və logistik dəstəyi təmin etmək üçün istifadə edib.

İndi də yaraqlıların adam qaçaqmalçılarına 300 dollar ödəməklə eyni yollarla Türkiyə sərhədlərini keçməyə çalışdığı bildirilir.

The Times-a danışan Türkiyə rəsmisi deyib ki, "sərhəddi keçmək istərkən tutulanların sayında diqqətə çarpan dərəcədə artım var" (BBC).

Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook