SON XƏBƏR

Tibb bacısı 100-dən çox insanı öldürüb

Noyabr 10
15:00 2017
Almaniyada keçmiş tibb bacısı Niels Högel 106 nəfərin ölümündə təqsirləndirilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl 2 nəfərin ölümünə görə ömürlük həbs cəzasına məruz qoyulan qadın Delmenhorstda 62, Oldenburqda isə 38 nəfərin ölümündə də ittiham edilir. O, bu qətlləri 2000-2005-ci illərdə işlədiyi 2 xəstəxanada törədib. 

Yeni məhkəmə prosesi 2018-ci ildə start götürəcək. Högelin hətta daha çox insanı öldürməsi faktı istisna edilmir.

Qeyd edək ki, qadın daha əvvəl reanimasiyadakı xəstələrə ürək çatışmazlığı və qan dövranında problemlərə səbəb olan dərmanlar inyeksiya etdiyini etiraf etmiş, həmkarlarında yaxşı təəssürat yaratmaq üçün xəstələri həyata geri qaytarmağa çalışdığını, yalandan sevindiyini və kədərləndiyini demişdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook