SON XƏBƏR

Tikinti materialları istehsalı azalıb

Mart 29
11:07 2016
Yanvar-fevral aylarında tikinti materialları sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş məhsulun ümumi dəyəri 48,5 faiz azalaraq 29,9 milyon manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində sement istehsalı 44,6 faiz, beton qarışığı istehsalı 61,6 faiz, tikinti əhəngi istehsalı 14,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 77,5 faiz azalıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook