SON XƏBƏR

Tikinti materiallarının bahalaşması evləri də bahalaşdırır - ARAŞDIRMA

İyun 23
12:50 2021
Azərbaycanda tikinti materiallarının bahalaşması özünü yeni tikilən fərdi evlərin və çoxmərtəbəli binalardakı mənzillərin qiymətində də göstərməyə başlayıb. Tikinti materiallarının ardınca, "novostroyka"lar da bahalaşmaqdadır, ekspertlər yeni tikililərdəki mənzillərin qiymətinin 20%-ə qədər artacağını gözləyirlər.

"Son bir ay ərzində qiymətlər 7% artıb”
 
Qlobal.az xəbər verir ki, ilin əvvəlindən bəri Azərbaycanda tikinti materialları sürətlə bahalaşır. "MBA-Qrup" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli FED.az-a bildirib ki, tikinti materiallarının qiyməti bir il əvvəlki ilə müqayisədə təqribən 17% artıqdır: 

"Son bir ay ərzində isə qiymətlər 7% artıb. Ayrı-ayrı materiallarda qiymət artımı daha sürətli olub. Belə ki, mişar daşı 51 qəpikdən 60 qəpiyə, kərpic 50 qəpikdən 54 qəpiyə, sement kisəsi (50 kq) 6.05 manatdan 7.15 manata, taxtann kubu 300 manatdan 460 manata, dikt lövhəsi 19.7 manatdan 25 manata, DPS lövhəsi 31.3 manatdan 37.3 manata, DVP lövhəsi isə 7.75 manatdan 10.5 manata yüksəlib.
 


Tikinti materiallarının bahalaşması özünü dəmir məmulatlarında da göstərib. Armaturun tonu 1000 manatdan 1300 manata, dəmir təbəqə (1 x2 metr) - 34.8 manatdan 51.7 manata yüksəlib. Dam örtüyünün qiyməti isə 8 manatdan 11.5 manata qalxıb".

Nüsrət İbrahimli bildirib ki, tikinti materiallarının bahalaşmasının bir neçə səbəbi var: 

"Bunlar həm gömrük haqlarının artımı, həm də daxili səbəblər, yəni yanacağın bahalaşması və bunun nəticəsində istehlak xərclərinin artması ilə bağlıdır. Ekspertin sözlərinə görə, yanacağın bahalaşması, tikinti materialları ticarətində dövriyyənin rəsmiləşdirilməsi və bunun nəticəsində toplanan verginin məbləğinin artımı özünü son nəticədə materialların qiymətində göstərib: "Əlavə xərclər çıxır və bunu da istehsalçılar maya dəyərinə oturdurlar".

Ekspert qeyd edib ki, baş verən proseslər tikinti tikintilərin qiymətini də artıracaq, artıq bu proses başlayıb.

"Tikintinin maya dəyərinin 43-45%-ni tikinti materialları təşkil edir. Yəni material 17% bahalaşıbsa, təkcə bu amil tikilinin qiymətini 9% artıracaq. Bahalaşmanın digər səbəbi, ölkədə əməkhaqlarının artımıdır. İndiyədək yeni tikililər hələlik 4% bahalaşıb, amma bahalaşma qarşıdakı 2-3 il ərzində davam edəcək. Nəticədə qərşıdakı 2-3 ildə tikililərin qiymətləri 20% artacaq. Ya da tikintilər dayanacaq, mənzilləri alan olmasa, başqa yol qalmayacaq".
 
"İşğaldan azad olunan ərazilərə həddən artıq tikinti materalları daşınır”
 
Daşınmaz əmlak eksperti Ramil Osmanlı FED.az-a bildirib ki, əvvəllər qiymət artımı daha çox xaricdən gətiriən tikinti materiallarında, idxal məhsullarında baş verirdi, indi yerli məhsulların qiyməti də artır. 
 


Onun sözlərinə götə, bunun səbəbi yanacağın bahalaşması ilə yanaşı, işğaldan azad olunan ərazilərdə tikinti tempinin sürətli artımı, eləcə də ümumiyyətlə tikinti mövsümünün başlanması ilə tikinti materiallarına tələbatın yüksəlməsidir:

"Müşahidələr göstərir ki, işğaldan azad olunan ərazilərə həddən artıq tikinti materalları daşınır və bu da bu da paytaxtın tikinti materalları bazarında tələbi xeyli artırıb. Əvvəllər qiymət artımı uzun müddətdə baş verirdisə, indi qiymətlər gündəlik dəyişir. Artıq hər gün tikinti materialların qiymətində dəyişiklikləri görə bilərsən. Bəzi materialları sifariş verilən gün və ya həftə tapmaq olmur".

Ekspert bildirir ki, bir il əvvəl 35 qəpiyə olan mişar daşı (kubik) indi 50 qəpiyə tapılmır. Taxta isə indiyədək baş verən qiymət artımından əlavə qarşıdakı aylarda daha 15-20 bahalaşacaq:

"Bu bahalaşma qısa müddətdə baş çatmayacaq və uzun müddət çəkəcək, çünki işğaldan azad olunan ərazilərin bərpası uzun prosesdir. Hökumətin bununla bağlı böyük layihələri, iri şəhərsalma planları var. Xatırladaq ki, təkcə Ağdamda 23 min mənzil və 1800 fərdi ev tikiləcək. Yeni rayonların planlarının açıqlanması da həmin bölgələrdə işləri və tikinti matriallarına tələbi bundan sonra da artıracaq".

Ramil Osmanlı bildirir ki, tikinti materiallarının bahalaşması nəticəsində artıq yeni tikililərdə 10-14% qiymət artımı baş verib, qarşıda isə bahalaşma 20%-i keçəcək:
"Təsəvvür edin, fevralda hər kvadratmetr üçün 200 manata verilən təklif artıq 280 manata yüksəlib. Belə hallar kifayət qədərdir. Hesab edirəm ki, yeni tikililərdə 20%-lik artım olacaq, indiyədək 10-14% bahalaşma artıq olub. Baxmayaraq ki, hazırda yeni tikililərə tələbat o qədər də yüksək deyil, amma qiymət artımları var".
 
"Şirkətlər müştərillər qarşısında çətin duruma düşüblər”
 
Tikinti biznesi ilə məşğul olan sahibkar, EM Group İnşaat MMC-nin rəhbəri Emil Ağayev FED.az-a bildirib ki, tikniti materiallarının bahalaşması yeni tikilən fərdi evlərin tikinti xərclərini və son nəticədə qiymətini artırıb.

"Tikinti materiallarının bahalaşmsı təbii ki, bu sahəyə mənfi təsirini göstərir. Qısa müddət ərzində materalların xeyli bahalaşması sahibkarları indiyədək bağlanan müqavilələrə dəyişiklik etməyə vadar edir. Bu isə xoşgəlməz hallara və narazılıqlara səbəb olur. Şirkətlər belə vəziyyətdə müştərillər qarşısında çətin duruma düşüblər".

İş adamı bildirir ki, indiyədək, məsələn, 50 min manata başa gələn evin tikintisi, materiallar bahalaşandan sonra 60-62 min manata başa əlir, amma şirkətlər müştərini itirməmək üçün ona yeni qiymətləri təklif edə bilmirlər:

"Məsələn 50 min manata başa gələcək evin qiymətində tikinti şirkətinə 7-8% gəlir qalacaqdısa, indi biz öz faizimizdən də keçirik ki, müştərini itirməyəək. Çünki bəzi müştərilər daimidir, onları itirmək istəmirik, digər müştərilər isə yenidir və biz onlarla uzunmüddətli işləmək istəyirik. Nəticədə materiallardakı qiymət artımının yarısını özümüz qarşılamalı oluruq".

Tikinti materiallarının qiymət artımının bazarda yeni problem də yaratdığını diqqətə çatdıran iş adamı vurğulayıb ki, bunun səbəbi, bazara çoxsaylı keyfiyyətsiz tikniti maeriallarının çıxarılmasıdır:

"Müqavilə ilə işləyən şirkətlər mənfəəti saxlamaq üçün ucuz və keyfiyyətsiz materiallarla işləməyə başlayırlar. Nəticədə bazarda keyfiyyətsiz materiallara tələbat artıb. Nisbətən ucuz olan bu materiallar keyfiyyətsiz olsa da, onları qiymətinə görə alırlar. İşbazların sayəsində hazırda artıq bazarda həm tanınmamış sement markaları, həm də armatur markaları var.

Vəziyyətdən istifadə edib bazara keyfiyyətsiz materiallar çıxarırlar. Ümumilikdə A-500 markası adı altında tonu 850 manatdan 1300 manatadək olan, keyfiyyəti çox zəif, diametri çox nazik olan və saxlama gücü az olan armatur satılır. Bu da bizim rəsmi qaydada zəmanət verdiyimiz evlərin keyfiyyətin mənfi təsir edir".

E.Ağayev bildirir ki, şirkət zəmanət verdiyi üçün keyfiyyətli materiallardan istifadə etməkdə davam edirik:

"Amma əksər şirkətlər artıq öz müqavilələrinə dəişiklik edərək Baku Steell Company» armaturu deyil, A-500 markalı armatur yazırlar. Ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sahələri sığortalamaqla bu itkilərin qarşısını almaq mümkün olardı".

Xatırladaq ki, yerli fermerlər tütün sahəsinin hər hektarından 5 min manat məbləğində məhsul götürməyi planlaşdırırdılar.

Şəki-Zaqatala regionu üzrə təsdiqlənmiş aqrar sığorta tariflərinə əsasən bu sahənin 1 hektarını sığortalamaq üçün sığorta haqqı cəmi 255 manat təşkil edir ki, bunun da 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər 1 hektar tütün sahəsini (5 min manatlıq məhsul gözlənilən sahədən söhbət gedir) cəmi 128 manat ödəməklə sığortalaya bilərlər.

Yeri gəlmişkən, bu regionda 1 hektar buğda sahəsinin sığotalanması fermerə 16 manata, 1 hektar qarğıdalı sahəsinin sığortalanması isə fermerlərə 31 manata başa gəlir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook