SON XƏBƏR

Tramp əsas düşməninin adını açıqlayıb

Noyabr 30
08:57 2024
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının "Tren de Araqua” bandası olduğunu bildirib.

"Report” xəbər verir ki, bu barədə "The New York Post” yazıb.

"İlk gün mən Amerika tarixində ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm.
Bu qaniçən cinayətkarları zindana atıb, sonra da ölkədən qovacağıq”, - Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyərək deyib.

Qeyd edək ki, banda Venesuelada təxminən 15 il əvvəl yaranıb. Amerika təhlükəsizlik qüvvələri dəstəni bir anda bir neçə ölkədə - Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırıb.

Brazilya, Ekvador, Boliviya və Kosta-Rikada bandanın hüceyrələri də fəaliyyət göstərir. Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Departamenti bildirib ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook