Trampın qərarını dəyişmək üçün Ərdoğan əlindən gələni edəcəyini bildirib
Dekabr 16
00:45
2017
Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək. Bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib
R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.
R.T.Ərdoğan: "Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuzdur və biz inanırıq ki, ABŞ bu qərarı dəyişəcək”.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.