SON XƏBƏR

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 7 sorğu göndərib

Noyabr 24
09:36 2017
Ankara FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib.
 
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.
 
Nazirin sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb.
 
O əlavə edib ki, bununla yanaşı, Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook