SON XƏBƏR

Türkiyə lirəsinin dollar və manat qarşısında kəskin enişi davam edir

May 31
12:18 2023
Türkiyədə Rəcəb Tayyip Ərdoğanın yenidən prezident seçilməsinə paralel olaraq lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

"APA-Economics"in məlumatına görə, bu gün Dollar/Türkiyə Lirəsi məzənnəsi 20,7760 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 1% dəyər itirib. Ümumilikdə isə bir ildə 9% civarında eniş edib. Hazırda isə dollar 20,6556 TL-yə ticarət edilir.

Türkiyə Mərkəzi Bankının bugünkü məzənnəsinə əsasən isə dollar 20.3104 TL-yə alınıb, 20.3470 TL-yə satılır. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının mayın 31-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0825 manata ticarət edilir.

Ekspertlər hesab edirlər ki, hazırda Türk lirəsinə satış təzyiqi, Türkiyəni tərk etməyə çalışan kapital ilə əlaqədardır. Türkiyə səhmlərinə sahib olan xarici aktiv menecerlərin payı son illərdə azalıb və bazarı əsasən yerli investorlar idarə edir. Bununla belə, analitiklər daha geniş iqtisadi problemlər fonunda qazancları saxlamağın çətin olacağını söyləyirlər. Ərdoğanın qələbə qazanması ölkədə mövcud siyasətlərin davam etdiriləcəyi deməkdir. Lirənin ucuzlaşması və tükənən ehtiyatlardakı gərginlik isə istiqraz investorlarının narahatlığını artırır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook