Türkiyə Suriyada ABŞ-la əməkdaşlıq üçün əsas şərti açıqlayıb
Yanvar 23
01:03
2018
Türkiyənin Suriyada ABŞ-la əməkdaşlıq etməsi üçün əsas şərt Birləşmiş Ştatlar tərəfindən kürd döyüşçülərinə silah tədarükünün dayandırılmasıdır.
"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Vaşınqtona dəfələrlə xəbərdarlıq edib ki, kürd silahlı birləşmələrinə silah verməsin.
"Əməkdaşlıq etməyimizin əsas şərti silah tədarükünün dayandırılması və verilən silahların geri alınmasıdır. Bunu öz müttəfiqlərimizdən gözləmək ən təbii haqqımızdır", - deyə B. Bozdağ bildirib.
Qeyd edək ki, ABŞ-ın kürd silahlı birləşmələrinə "gizli sövdələşmə" çərçivəsində zenit-raket kompleksləri verməsi barədə məlumat yayılıb.