Ukrayna hökuməti SOCAR-ın fəaliyyətində nöqsanlar aşkarladı
Mart 24
15:05
2016
Ukraynanın Antiinhisar Komitəsi WOG, OKKO, "Shell” və SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) işində nöqsanlar aşkarlayıb.
Adıçəkilən YDM-lər rəqabətdən yayınmaq üçün istehlakçıya təqdim olunan yanacağın qiymətini qaldırıblar. Komitənin yaydığı məlumatda deyilir ki, məntəqələrdə yanacağın qiyməti qanunvericiliyin tələbi nəzərə alınmadan təyin olunur. "Qiymət artımı 19-21 mart tarixlərində qeydə alınıb. İqtisadi rəqabət qanunvericiliyinin tələbələrinin pozulması faktı ilə WOG, OKKO, "Shell” və SOCAR barəsində müvafiq tədbirlər görüləcək”, – deyə komitənin məlumatında bildirilir. (APA)
Qlobal.az