Ukraynada “Sovet şampanı”nın adı dəyişdirildi
Yanvar 04
09:01
2016
Ukrayna hökuməti sovet rəmzlərini qadağan edən müvafiq qanuna əsasən, Yeni ilin, necə deyərlər, əsas atributlarından biri olan məşhur "Sovet şampanı”nın adını dəyişdirib. İndi həmin içki "Sovetovskoye şampanskoye” adlanır.
Bu barədə qərar "Stoliçnıy” adlı Kiyev şampan şərabları zavodunun müraciəti əsasında qəbul olunub. Zavodun saytında yerləşdirilən məlumatda bildirilir ki, dəyişən yalnız addır, məşhur şərabın keyfiyyəti isə olduğu kimi qalır.
Xatırladaq ki, 2015-ci ilin mayında prezident Pyotr Poroşenko totalitar rejim kimi kommunist və sovet rəmzlərini təbliğ edən simvolların qadağan olunması haqda qanun imzalamışdı. (Virtualaz.org)