SON XƏBƏR

Vaşinqton Rusiya baş prokurorunun oğluna qarşı da sanksiya tətbiq etdi

Dekabr 22
00:47 2017
ABŞ Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çaykaya qarşı "Qlobal Maqnitski qanunu" üzrə sanksiyalar tətbiq edib.
 
Virtualaz.org bildirir ki, RİA Novosti bu barədə ABŞ-ın Maliyyə Nazirliyinə istinadən xəbər yayıb.
 
Nazirliyin yaydığı Press-relizə əsasən, siyahıya bütün dünya üzrə 13 nəfər və onlarla bağlı 39 fiziki şəxs, eləcə də şirkətlər daxil edilib.
 
Press-relizdə iddia edilir ki, Artyom Çayka atasının vəziyyətindən və nüfuzundan yararlanıb və bu onun "tenderlərdə qalib gəlməsinə", həmçinin "işgüzar partnyorlara təzyiqi göstərməsinə" imkan yaradıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook