SON XƏBƏR

Vəkil: "Sərhəddə baş verən hadisədən və karantin rejimindən istifadə edib tikinti işləri aparırlar"

İyul 20
11:31 2020
Bakıda "3 Tac" adlanan binaların yanında aparılan tikinti işləri ilə bağlı qalmaqal davam edir. Vəkil Xalid Ağalıyevin yazdığına görə insanların etirazından sonra ərazidəki gölün qurudulması işi dayanıb.
 
Vəkil tikinti işlərini aparanların cəbhədə baş verən son hadisələrdən və karantin rejimindən sui-istifadə etdiklərini deyir: "Son illərdə dəfələrlə həmin ərazidə hansısa tikinti işlərinin aparılmasına cəhdlərin olduğu, ancaq insanların etirazları sayəsində gölün qurudulmasının önləndiyi deyilir. Yadımdadır ki, 5-10 il əvvəl gölün ətrafının parka, istirahət güşəsinə dönüşdürüləcəyi ilə bağlı açıqlamalar olmuşdu, lövhəciklər asılmışdı. İndi görünən budur ki, ərazidə pandemiya və son günlər dövlət sərhəddimizdə yaşanan görginliyin kölgəsində rahatlıqla tikinti işlərinə start verilib. Əlavə edilən fotolardan birincisi 5-6 gün əvvələ aiddir. İkinci foto isə dünən çəkilib (Matin Rahimli yayıb). 5 gündəki dəyişim dərhal nəzərə çarpır".
 
Ərazidəki yaşıllıqların məhv edildiyini vurğulayan X.Ağalıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyini məsələyə münasibət bildirməli olduğunu deyir:"İki fotodan dərhal nəzərə çarpan yaşıllığın məhv edilməsidir. Birinci fotodan azı 2-3 yaşlı 20-dək ağac görünür. İkinci fotoda isə ağac, yaşıllıdan əsər-əlamət qalmayıb. Əlaqəli qurumların, eləcə də Ekologiya Nazirliyinin bu məsələyə açıqlıq gətirməsi lazımdır. Digər məsələ. Ərizədə hansı işlərin görüləcəyi bəlli deyil. Sosial mediada yayılan bilgilərə görə, orda göl qurudulacaq və ya kiçildiləcək, bina tikiləcək. Bundan başqa ərazidəki otelin genişləndirildiyini deyənlər də var. İctimaiyyətin ərazidə hansı işlərin görülməsinin planlanması barədə bilmək haqqı var. Yerli icra hakimiyyəti, eləcə də, Bakı şəhər İcra Hakimiyyəti buna açıqlıq gətirmək vəzifəsi daşıyır. "İnformasiya əldə edilməsi haqda” qanun həmin qurumların üzərinə vəzifə qoyub ki, əmr, sərəncam və qərarlarını hamının görə bilmıəsi üçün qüvvəyə mindiyi gündən saytlarına daxil etsinlər".
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook