Vəkildən həyəcan təbili: AAAF Park-da binalar hər an çökə bilər
İyul 01
12:02
2021
Vəkil Səbuhi Axundov şəxsi "Facebook” səhifəsindən açıq müraciət ünvanlayıb: "Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə açıq şəkildə müraciət edirəm. Əgər bu binalar çöksə, xırda silkələnmədən böyük insan tələfatı meydana çıxsa, yaxanızı kənara çəkməyin! Hamı da bilir ki, qanunsuzluğa göz yummaq, elə ona icazə vermək deməkdir!”, - deyə müraciətdə bildirilir.
Qeyd olunur ki, bütün çoxmərtəbəli binaların zirzəmiləri qazılır və binaların təsdiqlənmiş lahiyələrində olmayan qapılar, pəncərələr açılır: "Gəlin, mən də sizə qoşulub bir-bir zirzəmilərdə binaları qəzalı vəziyyətə gətirən qazıntıları göstərim. Sabah hadisə olanda televizora çıxıb çiyninizi çəkməyin ki, "bilmirdik”. Media nümayəndələrinə səslənirəm: bu məsələdə dəstək olun ki, böyük faciələrin qarşısı alınsın”.
Vəkil AYNA-ya açıqlamasında konkret ünvan göstərib: "Sözügedən binalar Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz yerləşir. Onlar "AAAF Park” yaşayış kompleksi, küçə 22, bina 1, 2, 3, 4-də yerləşdir”.
Ərazi üzrə şikayətçi sakin Elvin Bünyadın səlahiyyətli nümayəndəsi Nabatali Qulamov da məsələ ilə bağlı AYNA-ya danışıb. Deyib ki, qarşılaşdıqları problemlə bağlı üz tutmadıqları qapı qalmayıb: "Bizim müraciət etmədiyimiz bircə Prezident Aparatı qalıb. Artıq müraciətin mətni hazırdır. İmzatoplama kampaniyasına başlayacağıq. İndiyədək "102” xidmətinə, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Prokurorluğuna, Respublika Baş Prokuroruna, Fövqəladə Hallar Nazirliyinə, "Azəriqaz”a, İqtisadiyyat Nazirliyinə müraciət etmişik”.
"Müraciətimizə yalnız İqtisadiyyat Nazirliyi müsbət cavab verib və bizim haqlı olduğumuzu cavabında bildirib. Qalan heç bir qurum cavab verməyib. FHN-dən isə bir-birini təkzib edən cavab gəlib. FHN-in Sumqayıt regional şöbəsindən bildirilib ki, zirzəmilərin özəlləşdirilməsi qanuna əslanır”, - deyə Qulamov vurğulayıb.
Məsələ ilə bağlı redaksiyamız adından FHN, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və "AAAF İnşaat” MMC ilə əlaqə saxlamağa çalışdıq.
Abşeron RİH-in mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəylinin dediyinə görə, orada gedən işlərlərlə bağlı aidiyyəti üzrə rəsmi şəkildə müraciət ediblər: "Bununla bağlı biz hansısa qərar verməmişik. "AAAF Park”ın ərazisi şirkətin ərazisidir. Biz tərəfdən hansısa tikinti, qazıntı işlərinin aparılmasına icazə verilməyib. Orada gedən işlərlərlə bağlı aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmişik”.
"AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə bu məsələdə təmsil etdiyi şirkətin məsuliyyət daşımadığını bildirib: "Şikayətçilərin müraciət ünvanının biz olmadığını qeyd etmək istəyirik. Biz "AAAF İnşaat” MMC olaraq binaların tikintisi və satışı ilə məşğul oluruq. Məsələdə qeyd olunan qeyri-yaşayış sahələrində satışdan sonra qapı və ya pəncərə açmasına isə cavabdeh olan tərəf biz yox, alıcıdır. Alıcı bunu müvafiq qurumlardan - Fövqəladə Hallar Nazirliyi və digər inzibati orqanlardan icazə alaraq həyata keçirir və məsuliyyəti də onun üzərindədir”.
FHN-in mətbuat ximdətinin rəisi Gülçin Mehdiyeva isə AYNA-nın sorğusuna cavab olaraq, məsələdən xəbərdar olub-olmadıqları barədə fikir bildirməkdə çətinlik çəkdi. Xanım Mehdiyevadan dəfələrlə, Nazirliyin əməkdaşlarının sözügedən ərazidə olub-olmadıqlarını soruşsaq da, sualımızdan yayındı. Sonda isə bildirdi ki, bu məsələ ilə bağlı ancaq şikayətçi sakinin təmsilçisinin söylədiyi FHN-in bir-birini təkzib edən cavablarını ona təqdim edəcəyimizdən sonra açıqlama verə bilər.

Deyəsən, xanım Mehdiyeva tutduğu vəzifədə işinin mətbuata şərt qoymaq yox, əlindəki bütün mümkün vasitələrlə ən qısa müddətdə soruşulan suallara, səsləndirilən iddialara cavab vermək olduğundan xəbərsizdir.
Qlobal.az