SON XƏBƏR

Vəliəhddən milyarderə təklif: 6 milyard ver, azadlığa çıx

Dekabr 24
01:05 2017
Səudiyyə Ərəbistanı hökuməti rüşvətxorluq iddiası ilə həbs edilən ölkənin ən zəngin iş adamı, şahzadə Vəlid Talaldan azadlığa buraxılması müqabilində 6 milyard dollar pul tələb edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Vol Strit Jurnal” yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bundan öncə həbs edilən şahzadələr və biznesmenlərə öz sərvətləri qarşılığında azadlıq təklif edildiyini bildirib. Vəlid Talal azadlığa buraxılmaq üçün danışıqlar masasına oturmağın haqqındakı ittihamları qəbul etmək anlamına gəldiyini əsas gətirərək, kral Salmanla görüşməkdən imtina edib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook