SON XƏBƏR

Venesuelanı defolt elan etdilər

Noyabr 15
12:05 2017
Noyabrın 13-də "S&P" beynəlxalq reytinq agentliyi Venesuelanın xarici valyutada reytinqini "SD" (qismən defolt) səviyyəsinə endirdikdən sonra, dünən "Fitch" agentliyi də bu ölkənin xarici öhdəliklər üzrə uzunmüddətli reytinqini "RD" (məhdud defolt) səviyyəsinə salıb. 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, reytinqin hər iki agentlik tərəfindən defolt səviyyəsinə endirilməsinə səbəb Venesuelanın 2019-cu və 2024-cü illər suveren istiqrazları üzrə 200 mln. dollar həcmində vaxtı çatmış faiz ödənişlərini həyata keçirməməsi amili olub.

Qeyd edək ki, Venesuelanın kredit reytinqinin "defolt" səviyyəsinə qədər azaldılması bu ölkədə dolların məzənnəsinin bir qədər də artmasına səbəb olub. Belə ki, cümə günü nağd valyuta bazarında 49 830 bolivar olan dolların məzənnəsi, iki iş günü ərzində 11%-ə yaxın artaraq 55 216 bolivara çatıb. İlin əvvəlindən isə dollar nağd valyuta bazarında 18 dəfəyədək bahalaşıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook