SON XƏBƏR

“Ventto Telekom” ilə “Paşa Bank” arasında məhkəmə çəkişməsi davam edir

Aprel 06
07:51 2024
Azərbaycanda məişət texnikası və elektronika məhsullarının satışı üzrə aparıcı mağazalar şəbəkələrindən birinin sahibi olan "Ventto Telekom” MMC (VÖEN – 1402520541) "Paşa Bank” ASC-yə qarşı növbəti məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, "Ventto Telekom”un iddiasına bu dəfə Ali Məhkəmədə hakim İlqar Dadaşov tərəfindən baxılacaq.

Qeyd edək ki, ötən ilin yanvar ayında "Ventto Telekom” MMC kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq "Paşa Bank” ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məlumat üçün bildirək ki, "Ventto Telekom” MMC 13 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, 20 Yanvar., ev 21B, m. 93-də yerləşir. Şirkətin qanuni təmsilçisi İmanov Elməddin Səxavət oğludur.

Barəsində iddia qaldırılan "Paşa Bank” ASC isə Azərbaycanda kredit portfeli 1 milyard manatdan çox olan 4 bankdan biridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook