SON XƏBƏR

Vergilər naziri: Supermarketlər ƏDV-dən azad olunmayacaq

May 10
10:05 2016
"Supermarketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz”.

Musavat.com-un məlumatına görə bu fikri jurnalistlərə açıqlamasında Vergilər naziri Fazil Məmmədov supermarketlərin əlavə dəyər vergisi  üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib. 

Nazir bildirib ki,  xüsusən də iri market şəbəkələri vergidən yayınır:

"Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faiz marketlərdə satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil”.

O həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad edilə bilər:"Banklar belə bir məsələ qaldırıb. Bu təklifə hökumətdə baxıla bilər".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook