SON XƏBƏR

“Vesta Construction” sakinlərdən pul alıb, evlərinə buraxmır - ŞİKAYƏT

Sentyabr 02
12:57 2019
"Vesta Construction” şirkəti tərəfindən inşa edilən binanın sakinləri yaranan vəziyyətdən narazıdırlar.

Unikal.org-a müraciət edən bina sakinləri bildirirlər ki, mənzil sahibləri müqavilədə göstərilən məbləği tam olaraq ödəsələr də, evlərini təmir edə bilmirlər.

Həmin binadan mənzil alan sakinlərdən biri Nərgiz adlı xanım bildirib ki, 1 ildən çoxdur sözügedən şirkətdən nəğd şəkildə mənzil alsa da ona müəyyən manelər yaradılıb:

"Mən bir ildən çoxdur ki, "Vesta Costruction” şirkətindən Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən "My Home” binalarından nəğd şəkildə mənzil almışam. Hətta əlavə 1500 manat sayğaç pulu ödədim. 1 il 2 ay müdətində evimin təmirinə mane oldular. Çətin də olsa, təmirə başladım, indi də kommunikasiya xətlərini kəsirlər ki, mənzilimin təmirini başa çatdıra bilməyim.

Həmin şirkətdən mənzil alan sakinlər də eyni problemə görə, hər gün binanın qarşısında etiraz aksiyası keçirirlər. Mən artıq güc-bəla ilə təmirə başlaya bilmişəm. Su pulunu ödəməyimə baxmayaraq,usuz qalmışam. "Vesta Construction” şirkətinin rəhbəri Ceyhun adlı şəxs isə sakinlərin yaranan bu probleminə etinasız yanaşır.” 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook