“Vesta Construction”dan pulunu ala bilməyən qazilər: "Cənab Vilayət Eyvazov, ümidimiz Sizədir"
İyul 07
15:20
2023
"Vesta Construction” şirkəti uzun müddətdir ki, qazilərə olan borcunu qaytarmır. Vətən üçün canlarını od-alova atmış Qarabağ müharibəsinin veteranlarına hərtərəfli dəstək olmaq, onlara borcu artıqlaması ilə qaytarmaq əvəzinə, şirkət verməli olduğu 61 min manatı da qaytarmır.
Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən qazilər şirkətlə bağlı addım atılmasını xahiş ediblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə vəd verərək vaxt udmağa çalışır, amma ortalıqda nəticə yoxdur. Qazilər nazirə müraciətdə qeyd ediblər ki, onların işi beton istehsalıdır. "Biz Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib”.
Həsənov İlham Bəşir oğlu 070 421 31 41
Həziyev Ramiz Mərdan oğlu 070 732 19 68
Ağakişiyev Akif Xankişi oğlu 050 302 32 72
Qlobal.az