Vitse-prezident: “SOCAR 2015-ci ili mənfəətsiz başa vurub”
Aprel 27
15:34
2016
SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.
Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub”.
Qlobal.az