VTB bank məlumat yaydı: həlak olmuş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyi planlaşdırmır
Aprel 11
19:01
2016
"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni
hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi
planlaşdırmır. Bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər.
Qlobal.az
VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin
ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və
planlaşdırılmır.
Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə
(Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni
hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi
barədə məlumat yaymışdılar.
Qlobal.az