Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
Avqust 05
22:04
2024
Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarındakı daşınmaz əmlaklar qiymətləndiriləcək.
"Report” bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, proses 70 fərdi yaşayış evini, 40 qeyri-yaşayış sahəsini, 10 yaşayış binasını və 5 yarımçıq tikilini əhatə edəcək.