SON XƏBƏR

Xırdalanda 3 il əvvəl təmir olunan prospekt yenə təmir olunur – 2 milyon ayrıldı

Noyabr 24
17:19 2023
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi "Xezer-Construction” MMC (VÖEN – 1603218151) olub.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün "Xezer-Construction” MMC-yə 1 milyon 927 min 615 manat 41 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir işlərinin görülməsi nəzərdə tutulan Heydər Əliyev prospekti cəmi 3 il əvvəl əsaslı şəkildə yenidən qurulub.

Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində 1 513,6 kv. metr sahədə tamet daşları söküləcək və onların yerinə yeniləri vurulacaq.

Halbuki, 3 il əvvəl – 2020-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda göstərilir ki, Heydər Əliyev prospektində aparılan işlər çərçivəsində piyada səkiləri yenidən qurulur.



Xatırladaq ki, təxminən bir ay əvvəl Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi də "Xezer-Construction” MMC olub. Həmin tenderin şərtlərinə görə Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün "Xezer-Construction” MMC-yə 1 milyon 261 min 45 manat 32 qəpik ödəyəcək.

Maraqlıdır ki, həmin tender müsabiqəsində Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri də cəmi 3 il əvvəl əsaslı şəkildə təmir olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook