SON XƏBƏR

Xoşbəxt Yusifzadə: Bu vaxtadək Azərbaycandan 407 milyon tonadək neft nəql edilib

Aprel 26
00:22 2016
Bu il aprelin 1-dək Azərbaycandan 406,4 milyon ton neft nəql olunub.
 
Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” mövzusunda beynəlxalq konfransdakı çıxışında məlumat verib.
 
X.Yusifzadə deyib ki, bu həcmin 299 milyon tondan çoxu Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC), 76 milyon tonu Bakı-Supsa neft boru kəməri, 11 milyon tonu Bakı-Novorossiysk kəməri ilə nəql edilib. İndiyədək Azərbaycandan dəmir yolları vasitəsilə 21 milyon ton neft xarici ölkələrə göndərilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook