SON XƏBƏR

"Yanardağ"da işlər keyfiyyətsiz və təhlükəli materiallarla aparılır?

Aprel 17
12:48 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edərkən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda da oldu. 
 
Qoruqdakı acınacaqlı şəraitlə tanış olan dövlət başçısı burada vəziyyətin dözülməz olduğunu, ölkədə aparılan quruculuq-abadlıq işləri ilə heç cürə uzlaşmadığı deyərək acınacaqlı vəziyyətin qısa zaman kəsiyində aradan qaldırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verdi. 
 
Prezident İlham Əliyevin bu tapşırığından sonra "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma, təmir-tikinti işləri başladı. 
 
Məlumata görə qoruqda tikinti işləri hələ də davam etdirilir. 
 
Ancaq Qlobal.az-ın əldə etdiyi məlumata görə adında rəsmi olaraq "Tarix-Mədəniyyət" sözünü ehtiva edən "Yanardağ”da aparılan təmir-tikinti işləri heç də milli-tarixi memarlıq üslubunda aparılmır. 
 
Məlumatda o da qeyd edilir ki, qoruqdakı tikililərin damları "profnastil" tipli dam örtüklərindən istifadə olunub. Bu material isə həm görünüş, həm də keyfiyyət baxımından qoruğu tamamlamır.
 
Digər məqam isə Yanardağ”da inşa edilən tikililərdə alkopan adlı materialdan istifadə olunmasıdır. 
 
Qeyd edək ki, bu material bir anda adi qığılcımdan alovlana bilir. 
 
Xatırladaq ki, bir çox ölkələrdə alkopan materialından tikintidə istifadə olunması qadağan edilib. Bu yaxınlarda Bakıda yanaraq külə dönən "Diqlas" Ticarət Mərkəzinin tez bir zamanda yanmasının əsas səbəblərindən biri alkopan materialı ilə üzlənməsi idi. 

Məsələ ilə əlaqədar "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan münasibət öyrənməyə çalışdıq. Qoruzdan bizə Dövlət Turizm Agentliyinə müraciət etməyimizi dedilər. 
 
Dövlət Turizm Agentliyi isə məsələyə münasibət bildirmədi.
 
Qlobal.az
 


























Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook