SON XƏBƏR

Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub

Noyabr 21
09:21 2017
Yəmənin paytaxtı Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi ölkənin təmiz su olmayan yaşayış məntəqələri siyahısına qoşulub.
 
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyə istinadən "Reuters" məlumat yayıb.
 
"Bu gün Səna və Əl-Bayda da siyahıya qoşulub. Su kəmərinin işinin dayanmasına Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınmasına görə nasos stansiyaları üçün yanacağın olmaması səbəb olub", - deyə Jakme qeyd edib.
 
Bildirilir ki, ölkənin sıx məskunlaşan şəhərlərində təqribən 2,5 milyon yəmənli içməli susuz qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook