Yeni binalarda təmir dələduzluğu – “Çinar-Z” MTK hər mənzildən 1000 manat tələb edir
Aprel 19
17:25
2022
Təzə tikilən binalarda yük liftindən istifadə etməyə icazə verilmir.
Yeni tikilən binaların sakinləri üzləşdikləri problem ilə bağlı Bakupost.az -a şikayətlə müraciət ediblər.
Onlar bildirirlər ki, təmir materiallarının mənzillərə qaldırılması üçün yalnız yük qaldırıcı "lebyodka”lardan istifadə olunmasına icazə verilir: "Əlavə qazanc kimi binanın həyətində yük qaldırıcı "lebyodka”lar saxlanılır.
Sakinlər mənzillərinin təmiri üçün istifadə olunan materialların qaldırılması üçün bina rəhbərliyinə müraciət etdikləri zaman, onlara bildiriblər ki, daxili yük liftindən yox, amma yük qaldırıcı "lebyodka”lardan istifadə edə bilərlər.
Məsələ ilə bağlı kiçik araşdırma apardıq.
Məlum oldu ki, şəhərdəki yeni binaların əksəriyyətində vəziyyət eynidir.
Komendantlar, bina rəisləri, MTK rəhbərliyi kiçik qaldırıcı kranları qazanc əldə etmək məqsədilə, evini təmir etmək istəyənlər sakinlər üçün ödənişli edir. Hesab edirlər ki, evini təmir etdirməyə maddi imkanı çatırsa, "lebyodka” üçün də pulu ödətdirə biləcəklər. Qiymət mərkəzdə qaldırıcının yükgötürmə qabiliyyətindən asılı olaraq, 5-10 manat, birdəfəlik ödəniş isə 500-1500 manatdır. Eyni zamanda "lebyodka”lara qoyulan məbləğ üçün heç bir qəbz də verilmir.
Məsələn, respondentlərimizdən biri qeyd edir ki, Nərimanov rayonu ərazisində "Çinar-Z” MTK-da ev alıb, 3 otağa görə yüklərin qaldırılması üçün 1000 manat tələb edilib.
Bu tip yükqaldırıcılarda təhlükəsizlik tədbiri görülmür.
Müşahidələrimiz göstərir ki, fəhlələr "lebyodka”ya çıxarkən onlara yıxılarsa xilas olunmaları üçün zəncir, "tros” bağlanmır.
Məsələ ilə bağlı "Çinar-Z” MTK ilə əlaqə saxlasaq da, cavab almaq mümkün olmadı.
Bəs yük qaldırıcı "lebyodka”ların qiyməti neçiyə olmalıdır? Ümumiyyətlə, yük qaldırıcı "lebyodka”lardan istifadə qanunidirmi? Təhlükəsizlik necə təmin olunur?
Bu və digər suallarla bağlı Bakupost.az əmlak eksperti Elnur Fərzəliyevdən münasibət öyrənib.
O vurğulayıb ki, təmir zamanı yüklərin qaldırılıb-endirilməsi ilə bağlı bəzi qurğuları təmin etmək hər şirkətin borcudur:
Ekspert binalarda yük liftlərindən istifadə qaydaları və qanun pozuntuları haqqında danışıb: