Yeni sanksiyalar bir həftəyə Rusiyaya ciddi təsir etdi
Noyabr 08
11:44
2017
Rusiyada hazırkı situasiya qeyri-stabildir.
Axar.az xəbər verir ki, bunu "Obozrevatel” saytına müsahibəsində rusiyalı eks-deputat Konstantin Borovoy söyləyib.
"İndiki situasiya uzun müddət davam etməyəcək. Öz büdcəsini təmin edə bilməyən dövlət mövcud ola bilməz. Rusiyada böyük dəyişikliklər olacaq. Sanksiyalar şəraitində hər şey çətindir. Sanksiyalar təzyiqi artır. Sonuncu sanksiyalar paketi bir həftədir ki, tətbiq olunur və o, çox ciddi təsirlər yaradır. Neft qiymətlərinin artması da Kremlin resurslarının kompensasiyasına şərait yaratmayacaq”, – deyə o bildirib.