Yeni Özəlləşdirmə Proqramı prezidentə təqdim edilib
Aprel 07
17:43
2016
Azərbaycanda özəlləşdirmə prosesi ilə bağlı mühüm yenilik var. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə 3-cü Dövlət Proqramının Layihəsini hazırlayaraq dövlət başçısına təqdim edib. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq ƏMDK-nin ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və yeni özəlləşdirmə proqramının hazırlanması ilə bağlı tapşırıqlar verilib. Genişmiqyaslı özəlləşdirməni aparmaq üçün yüksək nüfuza malik olan beynəlxalq məsləhətçi şirkətlərin bu prosesə cəlb edilməsi tapşırılıb: «Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı”nın layihəsi hazırlanıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib»-deyə Q.Xəlilov bildirib.
Proqramın hazırlanmasında «Böyük Dördlük» iştirak edib. Komitə nümayəndəsinin sözlərinə görə, yeni proqramın hazırlanması zamanı qabaqcıl dünya təcrübəsi nəzərə alınıb: «Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Yeni Özəlləşdirmə Proqramının hazırlanması ilə bağlı dünyada "Böyük Dördlük” kimi tanınan KPMG, PwC, "Ernst & Young” və "Deloitte & Touche” beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb». Özəlləşdirmə proqramının hazırlanması prosesinə beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi, habelə investisiya şirkətləri, maliyyə institutlarının da bu sahəyə cəlb ediliməsi istiqamətində tövsiyələri nəzərə alınıb. Eyni zamanda, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb. Hazırlanmış layihədə özəlləşdirilmə prosesində iştirak edəcək investorların mənafelərinin qorunması məsələləri də öz əksini tapıb.
Bu fəaliyyətlərin yekununda komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bir sıra normativ hüquqi sənədlərin layihələri də işlənib. Q.Xəlilovun sözlərinə görə, müəssisələrə strateji investorların cəlb edilməsi imkanları, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb.
Yeni Özəlləşdirmə Proqramının Layihəsinin əsas hədəfləri iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır. Bununla dövlət büdcəsinə daxilolmalar artacaq, bu gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldiləcək. Ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların iqtisadi potensialının və ölkədə biznes mühiti gücləndirilməsi məsələləri də Layihədə əsas meyyar kimi müəyyənləşdirilib.
Özəlləşmiş müəssisələrdə rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların istehsalı genişlənəcək, yeni iş yerlərinin açılması və ixtisaslı kadrların cəlb edilməsi diqqət mərkəzində olacaq.
Qlobal.az