Yunanıstanda TAP kəmərinin təməli qoyuldu
May 17
17:57
2016
Yunanıstanın Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın energetika naziri Natiq Əliyev, Yunanıstanın Baş naziri Aleksis Tsipras, Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis, Bolqarıstanın energetika naziri Temenujka Petkova və SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.

Qlobal.az