SON XƏBƏR

“Zəfər” muzeyi harda tikiləcək? – Bakı meriyasından yer təklifi

Aprel 14
13:35 2021
Paytaxtın Xətai rayonunda yerləşən "Nobel” prospektinin və "Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək "8 Noyabr” prospekti adlandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, "Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə "Zəfər” muzeyinin yaradılmasının məqsədəuyğun olacaq.

Qeyd edilib ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook